Elmar Məmmədyarov Hindistanın diplomatik fəaliyyəti başa çatan səfiri ilə görüşüb

Elmar Məmmədyarov Hindistanın diplomatik fəaliyyəti başa çatan səfiri ilə görüşüb
18:52 16 Yanvar 2015
71 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Hindistanın ölkəmizdəki səfiri Vinod Kumarı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
 
Milli.Az bildirir ki, Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamanı iki ölkə arasındakı əməkdaşlıqdan məmnunluq ifadə olunub və iqtisadi və ticarət əlaqələrinin inkişafı üçün əlverişli imkanların olduğu qeyd olunub.
 
V.Kumar diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

E.Məmmədyarov səfirə gələcək fəaliyyətində uğurlar arzu edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/319452.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR