Sumqayıtda bəzi küçə və prospektlər bağlanacaq

Sumqayıtda bəzi küçə və prospektlər bağlanacaq
20:01 18 Noyabr 2019
103 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Əli - Trend:

Noyabrın 19-da Sumqayıt şəhərinin 70 illik yubileyi münasibətilə şəhərdə bayram tədbiri keçiriləcək.

Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin sözçüsü, polis kapitanı Elçin Qasımov Trend-ə bildirib ki, bayram tədbiri ilə bağlı həmin gün şəhərin Sülh prospekti ilə Koroğlu, Bakı, Nəriman Nərimanov, o cümlədən Heydər Əliyev prospektinin kəişmələrində və Azərbaycan prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Sürücülərdən xahiş olunur ki, həmin gün alternativ yollardan istifadə etsinlər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3150612.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR