Sumqayıtda yarımstansiyada DƏHŞƏT - Ölən var

Sumqayıtda yarımstansiyada DƏHŞƏT - Ölən var
21:28 18 Noyabr 2019
102 Ölkə
Ölkə mətbuatı
A- A+

Sumqayıtda elektrik yarımstansiyasına müdaxilə edən kişini elektrik cərəyanı vurub öldürüb.

Publika.az xəbər verir ki, hadisə şəhərin 17-ci mikrorayon ərazisində baş verib.

17-ci mikrorayon, 52-ci binanın qarşısındakı yarımstansiyada 35-40 yaşlı naməlum kişi meyiti aşkarlanıb.

Araşdırmalar zamanı məlum olub ki, həmin şəxs yarımstansiyanın açar yerinə mexaniki yolla müdaxilə edərək qapını açıb və içəri daxil olub. Elektrik naqillərini oğurlamaq məqsədilə kəsərək toplayıb, növbəti naqili kəsərkən onu elektrik cərəyanı vurub öldürüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/296532.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR