Belçikada qaçqın ailələrinin birləşməsi qaydaları sərtləşdirilir

Belçikada qaçqın ailələrinin birləşməsi qaydaları sərtləşdirilir
23:37 18 Noyabr 2019
84 Dünya
Ölkə mətbuatı
A- A+

Belçikada qaçqın ailələrinin birləşməsi üçün mövcud qaydaları sərtləşdirməyə hazırlaşırlar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu ölkənin qaçqınlar məsələsi üzrə dövlət katibi, Flamandiya Millətçi Partiyasının üzvü Belçikada sığınacaq almış qaçqının öz ailəsini gətirə biləcəyi müddətin bir ildən azaldılaraq üç aya endirilməsi məsələsini hökumətin müzakirəsinə təqdim etməyə hazırlaşır.

Qonşu Hollandiya və Fransada analoji qaydalar artıq qüvvədədir. Belçikada bu qaydaların nəyə görə sərtləşdirilməsi bildirilmir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/803237.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR