Bu qidaları yeyənlər gec ölür - Alimlər

Bu qidaları yeyənlər gec ölür - Alimlər
23:52 18 Noyabr 2019
138 Ölkə
Ölkə mətbuatı
A- A+

Yaponiya alimləri erkən ölümdən qaçmaq və uzun ömür yaşamaq istəyənlərə bitki zülalları çox qəbul etməyi tövsiyyə edir.

Milli.Az medicina.az-a istinadən bildirir ki, onlar 20 il ərzində 7000 insan üzərində müşahidə aparıblar.

Məlum olub ki, rasionunda bol miqdarda lobya, paxla, tofu olan yaponlar nadir halda tez ölüb.

Bitki mənşəli zülal  artıq çəkidən də azad edir, iştahı kəsir, toxluq yaradır. Əgər insan zülalı yalnız heyvan mənşəli alırsa, yəni ət, piy, yağı çox yeyirsə, o həm piylənir, həm də onkoloji xəstəliklərə asan tutulur.

Ürək-damar xəstələri də zülalı qırmızı ətdən yox, paxlalardan alsalar, daha çox yaşayarlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/803229.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR