Sevda Məmmədəliyeva Dövlət Ermitajının direktoru Mixail Piotrovski ilə görüşüb (FOTO)

Sevda Məmmədəliyeva Dövlət Ermitajının direktoru Mixail Piotrovski ilə görüşüb (FOTO)
01:43 19 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

2019-cu ilin 17 noyabr tarixində VIII Sankt-Peterburq Mədəniyyət Forumu çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva ilə Sankt-Peterburq şəhərində yerləşən Dövlət Ermitajının direktoru Mixail Piotrovski arasında görüş keçirilib.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, görüş zamanı Sevda Məmmədəliyeva Dövlət Ermitajının baş gərargahında VIII Sankt-Peterburq Mədəniyyət Forumunun əsas tədbirlərinin yüksək səviyyədə keçirilməsindən məmnunluğunu qeyd etmiş, ölkələrimiz arasında çoxşaxəli mədəni əlaqələrin son zamanlarda dərinləşməsinin hər iki ölkənin muzeyləri arasında sıx əməkdaşlıq münasibətlərinin inkişaf səviyyəsi və mədəni əlaqələrin gələcəkdə daha da genişlənməsinə müsbət təsir edəcəyindən əminliyini ifadə etmişdir.

Sevda Məmmədəliyeva 2020-ci ildə keçiriləcək IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda Azərbaycanın “qonaq ölkə” fəxri statusunda iştirak edəcəyini vurğulayaraq, növbəti il üçün rəngarəng tədbirlər planının hazırlanması və silsilə tədbirlərin keçirilməsində Dövlət Ermitajı ilə əməkdaşlığın töhfə verəcəyini və xalqlar arasında münasibətlərin daha da yaxınlaşmasına şərait yaradacığını bildirmişdir.

Dövlət Ermitajının direktoru öz növbəsində nazir müavinini salamlayaraq bu görüşdən məmnunluğunu ifadə etmiş, ortaq mənəvi dəyərlərə malik Azərbaycan və Rusiya arasında qarşılıqlı mədəni əlaqələrin gücləndiyini vurğulamışdır.

M.Piotrovski 2017-ci ildə Bakı şəhərində keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakını qeyd etmiş və səmimi qonaqpərvərliyə görə öz təşəkkürünü bildirmişdir. O, ikitərəfli mədəni əlaqələri inkişaf etdirmək niyyətində olduğunu və Azərbaycanın 2020-ci ildə keçiriləcək IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu çərçivəsində həyata keçirəcəyi layihələrlə bağlı dəstək verilməsinə hazır olduğunu qeyd etmişdir.

Görüş ikitərəfli münasibətlər zəminində 2020-ci ildə keçiriləcək IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda ölkəmizə aid tədbirlər planı ətrafında müzakirələrlə davam etmişdir.

Həmin günün sonunda Sevda Məmmədəliyavanın rəhbərliyi altında nümayəndə heyəti “Şəxsi muzeylər” mövzusuna həsr olunmuş diskussiya panelində iştirak etmişdir. Diskussiya panelinin əsas spikerləri arasında Suad Qarayeva-Maleki “Yarat” Müasir İncəsənət Məkanına aid geniş təqdimat keçirmiş və tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/culture/3150618.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR