ABŞ İsrailin Fələstindəki yaşayış məskənlərini tanıyıb

ABŞ İsrailin Fələstindəki yaşayış məskənlərini tanıyıb
02:12 19 Noyabr 2019
117 Digər
Ölkə mətbuatı
A- A+

Amerika Birləşmiş Ştatları keçmiş prezident Barak Obama administrasiyasının İsrailin Qərb sahilində və Şərqi Qüdsdə yəhudi yaşayış məntəqələrinin inşasının beynəlxalq qanunun pozulması olaraq verdiyi bəyanatı rədd edib.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Mayk Pompeo deyib.
“Diqqətlə araşdırdıqdan sonra indiki rəhbərlik prezident (Ronald - Red.) Reyqanın mövqeyi ilə razılaşdı. İsrailin məskunlaşma fəaliyyətləri beynəlxalq qanun pozuntusu deyil. 2016-cı ilin dekabr ayında isə ABŞ dövlət katibi (Cohn - Red) Kerri iki tərəfin on illərlə dəstəklədiyi ehtiyatlı yanaşmanı dəyişdirdi”.
Dövlət katibi qeyd edib ki, ABŞ-ın İsrail yaşayış məntəqələrini tanıması Fələstinlə sərhədin vəziyyətinə təsir etmir və tərəflər arasında sərhədlər danışıqlar yolu ilə müəyyən edilməlidir.
İsrailin Baş naziri Benyamin Netanyahu isə ABŞ-ın bəyanatına münasibət bildirib, bu cür açıqlamanı yüksək qiymətləndirib. Bundan əlavə, İsrailin baş naziri ABŞ prezidenti Donald Trampa və onun administrasiyasına həqiqət və ədaləti dəstəklədiyinə görə təşəkkür edib.
“ABŞ dövlət katibi Mayk Pompeonun sözləri tarixi bir səhvi düzəltməklə yanaşı mühüm siyasi kursdur. Digər ölkələr də oxşar mövqe tutmalıdır”.


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-i-srailin-felestindeki-yasayis-meskenlerini-taniyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR