Google Chrome ləng və sürətli yüklənən saytları təyin edə biləcək

Google Chrome ləng və sürətli yüklənən saytları təyin edə biləcək
08:17 19 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

San Fransiskoda keçirilən Chrome Dev adlı sammit çərçivəsində Google şirkətinin mühəndisləri bildiriblər ki, gələcəkdə Chrome-da xüsusi indikatorlar yaradacaqlar. Həmin indikatorlar vasitəsilə istifadəçilər ləng və ya sürətli çalışan saytda olduqlarını anlayacaqlar. Bu barədə Xakep.ru saytı xəbər verib. Mühəndislər başa salıblar ki, bu üsul ilə onlar daha sürətli və performanslı veb yaratmaq niyyətindədirlər.

Milli.Az technote.az-a istinadən bildirir ki, bundan əlavə olaraq onlar istifadəçiyə bu və ya digər saytın çalışma sürətini qiymətləndirmə imkanını vermək istəyirlər. Bu səbəbdən gələcəkdə Chrome brauzeri çox güman ki, bu və ya digər saytı yüklənmə sürətinə görə qiymətləndirəcək və nəticəyə uyğun olaraq saytı müəyyən indikator ilə işarələyəcək. Bu cür indikatorlar saytın real zamanda sürətini təyin etməyəcək. Lakin saytın əvvəlki yüklənmə problemlərini nəzərə alaraq öz sistemində saxlayacaqlar.

Bundan əlavə olaraq Chrome müəyyən istifadəçi üçün səhifənin sürətli yüklənib-yüklənməməsini də nəzərə alacaq. Bu halda istifadəçinin istifadə etdiyi cihaz və ya internet şəbəkəsi böyük rol oynayacaq. Şirkət həmçinin bu cür indikatorların gələcəkdə necə görünə biləcəyini də sərgiləyib. Fotodan da görmək olar ki, saytın ləng yüklənməsi halında istifadəçi bu barədə bildiriş əldə edəcək. Qeyd etmək lazımdır ki, bu yenilik hələ ilkin hazırlanma mərhələsindədir və gələcəkdə şirkətin planları dəyişə bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/802267.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR