ADU kafedra müdiri, dosent və müəllim axtarır

ADU kafedra müdiri, dosent və müəllim axtarır
09:47 19 Noyabr 2019
60 Digər
Ölkə mətbuatı
A- A+

Аzərbаycаn Dillər Univеrsitеti (ADU) bоş оlаn vəzifələri tutmаq üçün müsаbiqə еlаn еdib.
"Report" xəbər verir ki, müsаbiqədə iştirаk еtmək istəyənlər sənədlərini Azərbaycan Respublikası Təhsil nazirinin 7 avqust 1996-cı il tarixli 401 saylı əmri ilə təsdiq edilmiş ‘’Ali təhsil müəssiələrində professor –müəllim vəzifələrinin tutulması qaydaları haqqında’’ əsasnamənin və Təhsil Nazirliyi kollegiyasının 15 noyabr 2017-ci il tarixli 5/5 nömrəli qərarı ilə təsdiq edilmiş “Аli təhsil müəssisələrində kаfеdrа müdiri, dekan və dekan müavini vəzifələrinin tutulmаsı qаydаlаrı”nın tələblərinə uyğun bu elan qəzеtdə dərc оlunduğu gündən 30 gün kеçənədək rektorun adına yazılan ərizə ilə birlikdə aşağıdakı ünvana müraciət edə bilərlər.
Müsabiqədə yüksək peşə-ixtisas hazırlığına, elmi ad və dərəcələrə, lazımi elmi-pedaqoji, idarəetmə təcrübəsinə, yüksək mənəvi keyfiyyətlərə malik Azərbaycan vətəndaşları, həmçinin müvafiq qanunvericiliyin tələbləri gözlənilməklə xarici ölkə vətəndaşları da iştirak edə bilərlər.
1 Təhsil-2 fakültəsi nəzdində xarici dillər kafedra müdiri 2 Təhsil-1 fakültəsi nəzdində xarici dillərin tədrisi metodikası baş müəllim-1ştat,müəllim-0,25ştat 3 Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi nəzdində xarici dillər dosent-0,5ştat 4 İngilis dilinin qrammatikası dosent-1ştat 5 German dillərinin tərcümə nəzəriyyəsi və praktikası dosent-1ştat 6 Linqvokulturologiya dosent-1ştat 7 Təlimdə innovasiyalar baş müəllim-1ştat 8 Ümumi dilçilik baş müəllim-1ştat 9 Xarici ölkələr ədəbiyyatı müəllim-0,5ştat 10 Azərbaycan ədəbiyyatı baş müəllim-0,5ştat 11 Beynəlxalq münasibətlər dosent-0,5ştat


Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/adu-kafedra-mudiri-dosent-ve-muellim-axtarir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR