Sorğu: Gürcüstan sakinlərinin böyük əksəriyyəti Azərbaycanla münasibətləri yaxşı qiymətləndirib

Sorğu: Gürcüstan sakinlərinin böyük əksəriyyəti Azərbaycanla münasibətləri yaxşı qiymətləndirib
09:57 19 Noyabr 2019
59 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanda rəyi soruşulanların 63%-i ölkənin Azərbaycanla münasibətlərini yaxşı qiymətləndiriblər.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ABŞ-ın Beynəlxalq Respublika İnstitutunun (IRI) Gürcüstanda keçirdiyi sorğunun yekunlarına dair hesabatda bildirilib.
Respondetlərin 20%-i Gürcüstan-Azərbaycan münasibətlərinin nə yaxşı, nə pis, 13%-i isə pis olduğunu qənaətindədir. 
Sorğuda iştirak edənlərin yalnız 4%-i müvafiq suala cavab verməyib. 
Rəyi soruşulanların 14%- Azərbaycanı ən vacib siyasi tərəfdaş, 22%-i ən vacib iqtisadi tərəfdaş adlandrıb. Onların 6%-i əsas siyasi təhlükənin, 8%-i isə əsas iqtisadi təhlükənin Azərbaycandan gəldiyini bildiriblər.
Qeyd edək ki, sorğu bu ilin sentyabrın 10-dan oktyabrın 14-dək Gürcüstanın işğal altında olan ərazilər istisna olmaqla ölkənin bütün bölgələrində keçirilib. Araşdırmada 1 500 respondent iştirak edib.

Xəbərin orijinal ünvanı: https://report.az/region/gurcustan-sakinlerinin-boyuk-ekseriyyeti-azerbaycanla-munasibetleri-y

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR