Qubada avtomobil dərəyə aşdı, bir yaşlı uşaq öldü

Qubada avtomobil dərəyə aşdı, bir yaşlı uşaq öldü
10:12 19 Noyabr 2019
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Qubada bir yaşlı körpə yol qəzasında ölüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun İspik kəndi ərazisində baş verib.

Kənd sakini, 1994-cü il təvəllüdlü Qədirov Elnur Qrybəli oğlu etibarnamə ilə idarə etdiyi "VAZ 2106" markalı 27 BT 194 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən avtomobilin qabaq oturacağında oturan dayısı oğlu, 2018-ci il təvəllüdlü Poladov Polad Şaban oğluna başı qarışıb və diqqətinin yayınması nəticəsində avtomobil yoldan çıxaraq 60 metr hündürlükdən dərəyə aşıb.

Hadisə nəticəsində P.Poladov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/803306.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR