Salome Zurabişvil və Bidzina İvanişvili Gürcüstanın ən mənfi imicli siyasətçiləridir

Salome Zurabişvil və Bidzina İvanişvili Gürcüstanın ən mənfi imicli siyasətçiləridir
10:12 19 Noyabr 2019
57 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanda siyasətçilər arasında ən neqativ reytinqi ölkə prezidenti Salome Zurabişvili qazanıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ABŞ-ın Beynəlxalq Respublika İnstitutu (IRI) qeyri-hökumət təşkilatının Gürcüstanda keçirdiyi sorğunun yekunlarına dair hesabatda bildirilib.
Belə ki, rəyi soruşulanların 70%-i dövlət başçısının fəaliyyətini mənfi, yalnız 23%-i isə müsbət qiymətləndirib.
Prezidentdən sonra yüksək neqativ reytinqə sahib olan “Girçi” Partiyasının lideri Zurab Caparidzedir. Onun işini respondetlərin 66%-i mənfi, 4%-i isə müsbət qiymətləndirib. 
Neqativ reytinqdə üçüncü yeri hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvili tutub. Sorğuda iştirak edənlərin 57%-i partiya liderinin fəaliyyətini mənfi, 32%-i isə müsbət kimi dəyərləndirib. 
Əhalinin siyasətçilərə müsbət münasibəti baxımından ən yüksək reytinq Avropalı Gürcüstan Partiyasının sədri David Bakradzeyə məxsusdur. O, 57% müsbət, 36% mənfi rəy alıb. Tbilisi meri Kaxa Kaladzenin də göstəriciləri, təxminən, eynidir. Rəyi soruşulanların 49%-i onun fəaliyyətini müsbət, 42%-i isə mənfi qiymətləndirib.
Qeyd edək ki, sorğu bu ilin sentyabrın 10-dan oktyabrın 14-dək Gürcüstanın işğal altında olan ərazilər istisna olmaqla ölkənin bütün bölgələrində keçirilib. Araşdırmada 1 500 respondent iştirak edib.


Xəbərin orijinal ünvanı: https://report.az/region/gurcustanda-reyi-sorusulanlarin-70-i-prezidenti-menfi-qiymetlendirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR