Zəlzələ oldu - Şərqi Azərbaycanda

Bu gecə Şərqi Azərbaycanda zəlzələ olub.

Metbuat.az xəbər verir ki, bu barədə məlumatı Avropa Aralıq dənizi Seysmologi Mərkəzi yayıb.

Zəlzələnin episentri Təbrizin 169 kilometr qərbində və Vandan 100 kilometr şərqdə, yerin 10 kilometr dərinliyində olub.

Zəlzələnin təsiri sərhəd rayonlarda 4,8 bal təşkil edib.

Xəsarət alanlarla bağlı məlumat verilmir.

Xatırladaq ki, dünən Şərqi Azərbaycan əyalətində 4,4 bal gücündə zəlzələ baş verib.

Bundan əlavə, noyabrın 8-də Şərqi Azərbaycanda 5.9 bal gücündə baş verən zəlzələ nəticəsində 700 nəfər zərər çəkib.

Zəlzələ Azərbaycanın sərhəd rayonlarında - Astara, Lənkəran, Lerik, YardımlıMasallıda da hiss edilib.

Noyabrın 10-da isə Şərqi Azərbaycan əyalətindəki Miyanə kəndinə bağlı Türkmənçay bölgəsində 4,8 bal gücündə zəlzələ olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR