Azərbaycanlı gənc qız asılmış vəziyyətdə tapıldı

Azərbaycanlı gənc qız asılmış vəziyyətdə tapıldı
10:32 19 Noyabr 2019
69 Ölkə
Ölkə mətbuatı
A- A+

İnquşetiyanın paytaxtı Nazranda yerləşən mağazaların birində asılmış vəziyyətdə olan qız meyiti tapılıb. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə barədə ilk məlumat sosial şəbəkələrdə yayılıb. 

Sakinlər bildirirlər ki, cəsəd üç gün asılı vəziyyətdə qalıb. Eyni zamanda, qızın mağazanın girişində müxtəlif əşyalar satdığı və azərbaycanlı olduğu barədə məlumatlar var. 

Qızın ölümündə kriminal izlərin olub-olmaması barədə araşdırmanı hüquq-mühafizə orqanları aparacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/803314.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR