Rayan Giqqz: "Azərbaycanla matçdakından daha yaxşı oynamalıyıq"

Rayan Giqqz: "Azərbaycanla matçdakından daha yaxşı oynamalıyıq"
11:07 19 Noyabr 2019
61 Digər
Ölkə mətbuatı
A- A+

“Avropa çempionatına düşmək üçün hələ də şansımız var. Bunun üçün ilk növbədə sonuncu oyunda qalib gəlməliyik”.
“Report” xəbər verir ki, bunu Uels millisinin baş məşqçisi Rayan Giqqz AVRO-2020-nin seçmə mərhələsində Kardiffdə Macarıstan yığmasına qarşı keçirəcəkləri matç barədə danışarkən deyib.
Onun sözlərinə görə, qələbə qazanmaları üçün noyabrın 16-da Bakıda Azərbaycan millisini 2:0 hesabı ilə məğlub etdikləri görüşdəkindən daha yaxşı oynamalıdırlar: “Bizdə qalibiyyət impulsu var. Qələbə qazanmaq üçün Azərbaycanla matçdakından daha yaxşı oynamalıyıq. Futbolçularımıza inanıram. Onların oyunçu keyfiyyətlərinə güvənirəm. Təcrübə çox önəmlidir. Ancaq gənc futbolçularımızın performansı məni sevindirir”.
Qeyd edək ki, 11 xalla 3-cü pillədə qərarlaşan Uels millisi Macarıstan yığmasına qalib gələcəyi təqdirdə AVRO-2020-yə vəsiqə qazanacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/rayan-giqqz-azerbaycanla-matcdakindan-daha-yaxsi-oynamaliyiq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR