Türkiyənin Azərbaycan avtomobil sənayesi ixracı 86% artıb

Türkiyənin Azərbaycan avtomobil sənayesi ixracı 86% artıb
11:07 19 Noyabr 2019
35 Digər
Ölkə mətbuatı
A- A+

Bu ilin yanvar-oktyabr aylarında Türkiyənin avtomobil sənayesi ixracının dəyəri 25,364 milyard ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,7% azdır. 
"Report" bu barədə türk mətbuatına istinadən xəbər verir. 
Məlumata görə, 10 ay ərzində avtomobil sənayesi ixracında əsas yerləri Niderland, İraq və İsrail tutub. Bu ölkələrə ixracda müvafiq olaraq 6%, 22% və 13% artım qeydə alınıb. 
Hesabat dövründə Türkiyənin Azərbaycana avtomobil sənayesi ixracının dəyəri isə 86% artaraq 116,469 milyon dollar olub. 

Xəbərin orijinal ünvanı: https://report.az/senaye/turkiyenin-azerbaycan-avtomobil-senayesi-ixraci-86-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR