Gürcüstan Azərbaycandan idxalı azaldıb

Gürcüstan Azərbaycandan idxalı azaldıb
11:17 19 Noyabr 2019
57 Digər
Ölkə mətbuatı
A- A+

Bu ilin yanvar-oktyabr aylarında Gürcüstan Azərbaycandan 427 mln. 466,1 min dollar dəyərində məhsul idxal edib.
“Report”un Gürcüsan bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin hesabatında bildirilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Gürcüstanın Azərbaycana idxalında 5,8% azalma qeydə alınıb.
Azərbaycanın qonşu ölkənin ümumi idxalındakı payı 5,8% təşkil edib.
Bu göstərici ilə Azərbaycan hesabat dövründə Gürcüstanın Türkiyə, Rusiya və Çindən sonra dördüncü əsas idxal tərəfdaşı olub.


Xəbərin orijinal ünvanı: https://report.az/biznes/gurcustan-azerbaycandan-idxali-azaldib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR