Gürcüstanın Azərbaycana ixracı 4,1% artıb

Gürcüstanın Azərbaycana ixracı 4,1% artıb
11:22 19 Noyabr 2019
57 Digər
Ölkə mətbuatı
A- A+

Bu ilin 10 ayı ərzində Gürcüstan Azərbaycana 400 mln. 350,7 min dollar dəyərində məhsul ixrac edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin hesabatında bildirilib.
İllik müqayisədə qonşu ölkənin Azərbaycana ixracı 4,1% artıb.
Yanvar-oktyabr aylarında Azərbaycan Gürcüstanın ümumi ixracında 13,2% paya sahib olub. Azərbaycan Rusiyadan sonra qonşu ölkənin ikinci əsas ixrac tərəfdaşı olub.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/gurcustanin-azerbaycana-ixraci-4-1-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR