İran ordusu hərbi təlimlərə başladı

İran ordusu hərbi təlimlərə başladı
11:36 19 Noyabr 2019
109 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Elnur Bağışov - Trend:

İran ordusunun quru qoşunları ölkənin şimal-qərbində hərbi təlimlərə başlayıb.

Trend-in məlumatına görə, hərbi təlimlərdə 40 və 41-ci batalyonlar, pilotsuz uçan aparatlar bölməsi, 321-ci hücum bölməsi iştirak edir.

Hərbi təlimlərə ordunun havadan müdafiə qüvvələrinin helikopterləri dəstək göstərir.

2 gün davam edəcək hərbi təlimlərdə müxtəlif döyüş taktikalarının keçiriləcəyi bildirilir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3150837.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR