KİV: Meksikada üç avtobus toqquşub, 11 nəfər ölüb

KİV: Meksikada üç avtobus toqquşub, 11 nəfər ölüb
11:52 19 Noyabr 2019
62 Digər
Ölkə mətbuatı
A- A+

Meksikanın Mexiko ştatında Mexiko-Paçuka avtomobil yolunun 16-cı kilometrliyində üç avtobusun toqquşması nəticəsində azı 11 nəfər ölüb, 25 nəfər yaralanıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Milenio" nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, qəza bazar ertəsi yerli vaxtla saat 20:00-da baş verib. Polisdən bildirilib ki, hər üç avtomobilin sürücüsü hadisə yerindən qaçıb.
Mexiko ştatının Mülki Müdafiə Xidmətinin baş koordinatoru Luis Felipe Puente "Twitter" səhifəsində qəza yerində yanğınsöndürənlərin, polisin və Qırmızı Xaçın Meksika bölməsinin əməkdaşlarının işlədiyini yazıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/ki-v-meksikada-uc-avtobus-toqqusub-11-nefer-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR