Sumqayıtda yeniyetmə 42 yaşlı kişini bıçaqladı

Sumqayıtda yeniyetmə 42 yaşlı kişini bıçaqladı
12:05 19 Noyabr 2019
129 Ölkə
Ölkə mətbuatı
A- A+

Sumqayıt sakini qonşusunu bıçaqlayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsi, Xəzri yaşayış massivində qeydə alınıb. 

Həmin massivdə yaşayan, 2004-cü il təvəllüdlü Şəfi Məmmədov münaqişə zəminində qonşusu, 1977-ci il təvəllüdlü Yasər Rüstəmova çoxsaylı bıçaq zərbələri vurub.Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir. 

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/803331.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR