Siyəzən - Dadlı toyuqdan növbəti innovativ addım!

Siyəzən - Dadlı toyuqdan növbəti innovativ addım!
12:32 19 Noyabr 2019
71 Ölkə
Ölkə mətbuatı
A- A+

42 yeni, müasir və avtomatlaşdırılmış dam artıq istifadəyə verildi!

Ölkənin ən böyük broyler fabriki olan, 35 illik fəaliyyəti ərzində əhalinin tələbatını yüksək səviyyədə ödəməyə nail olan "Siyəzən Broyler" ASC quşçuluq fabriki yenilənməni, müasir standartları istehsal prosesinə gətirməyi də özünə borc bilir. Bu məqsədlə Hollandiyanın aparıcı şirkətləri, həmçinin "VDL Agrotech", "Meyn" və"Pas Reform" şirkətləri ilə müqavilələr imzalanmışdır.
 "Siyəzən Broyler" ASC quşçuluq fabrikinin 2017-ci ildə başladığı investisiya və yenidənqurma planına uyğun olaraq, davam edən yeni damların tikintisi artıq başa çatmışdır.

"Siyəzən Broyler" ASC Hollandiyanın VDL Agrotech şirkətinin müasir avadanlıqları ilə təchiz olunmuş 42 yeni damın tikintisini artıq başa vurdu və istifadəyə verdi. Ən son texnologiyalar ilə təchiz edilmiş damların üstün cəhətlərindən biri də, bu damların daxilində müasir və güclü biogüvənlik sistemlərinin yer almasıdır, bu da bizə əminliklə toyuqların və cücələrin yüksək ekoloji müdafiə, ətraf mühitdən tam izolyasiya ilə qorunaraq, antibiotiksiz, dərmansız və tam sağlam böyüməsini deməyə imkan verir. Həmin damların hər biri 35.000 ədəd quş tutumuna malikdir. Hazırda cücə damlarının elektrik, su və kanalizasiya xətlərinin tamamilə dəyişdirilməsi prosesi ilə yanaşı biogüvənliyin və iş şəraitinin artırılması məqsədi ilə fabrik daxilində əlavə yollar çəkilib, ətraf ərazilər tamamilə asfaltlanıb.

Müasir avadanlıqlarla təchiz olunmuş damların "Siyəzən Broyler"-də tikilməsi, quraşdırılması və hazır olması, Hollandiyanın "VDL Agrotech" şirkətinin əməkdaşlığı ilə həyata keçirilmişdir. VDL Agrotech şirkətinin "Siyəzən Broyler" ASC-yə hədiyyəsi və ürək sözləri:

Şəkil 2

"Bu heykəl "Siyəzən Broyler" ASC-yə partnyor "VDL Agrotech B.V" tərəfindən mükəmməl əməkdaşlıq, qarşılıqlı etimad və 42 yeni dam kompleksinin uğurla tamamlanmasının simvolu olaraq bağışlanmışdır".


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/803359.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR