Hicabla döyüşən iranlı qadın aldığı zərbədən ölüb

Hicabla döyüşən iranlı qadın aldığı zərbədən ölüb
12:32 19 Noyabr 2019
125 Digər
Ölkə mətbuatı
A- A+

İngiltərənin Sautgempton şəhərində qarışıq döyüş sənəti (MMA) üzrə həvəskar turnirdə ölüm hadisəsi baş verib.
“Report”un “MMAJunkie” portalına istinadən məlumatına görə, İran əsilli qadın idmançı Səidə Alitaha “Fast and Furious Fight” adlı yarışda uduzduqdan sonra ağır zədə alaraq xəstəxanaya yerləşdirilib. Həkimlər onun həyatını xilas edə bilməyiblər. 
Təşkilatçılar 26 yaşlı döyüşçünün yaxınlarına başsağlığı veriblər. Şəhər polisi isə hadisə ilə bağlı araşdırmaya başlayıb.
Qeyd edək ki, Səidə Alitaha İranda doğulsa da, İngiltərədə yaşayıb. O, məşq və döyüşlərə hicabla çıxıb.


Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/hicabla-doyusen-iranli-qadin-aldigi-zerbeden-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR