Millimizdə daha iki itki

Millimizdə daha iki itki
12:52 19 Noyabr 2019
78 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan milli komandası AVRO-2020-nin seçmə mərhələsinə son qrup matçında ciddi itkilərlə çıxacaq.

Milli.Az sport24.az-a istinadən xəbər verir ki, baş məşqçi Nikolay Yurçeviç Slovakiya yığmasıyla bu gün Bakı vaxtilə saat 23:45-də başlayacaq matçda daha iki aparıcı futbolçunun - Riçard Almeydayla Dmitri Nazarovun xidmətindən məhrum olacaq. Hər iki yarımmüdafiəçi zədə üzündən meydana çıxa bilməyəcək. Çox güman, onlara müdafiəçi Pavel Paşayev də qoşulacaq. 

Xatırladaq ki, Uelslə matç öncəsi hücumçu Rüfət Dadaşov məşqdə zədələnərək heyətdən çıxarılıb. Kapitan Maksim Medvedev də bu səbəbdən Slovakiyaya aparılmayıb. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/803342.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR