Qəbizliyin müalicəsi

Qəbizliyin müalicəsi
12:57 19 Noyabr 2019
84 Ölkə
Ölkə mətbuatı
A- A+

Açaq sözlər: qəbizlik, ağırlaşmaları, müalicə və profilaktikası.

Qəbizlik çox yayılmış problem olub, 80% insanın həyatı boyu rast gəlinir. Amerika Birləşmiş Ştatlarında qəbizliyin müalicəsinə görə hər il 2.5 milyondan çox müraciət olur ki, bu zaman işlədici preparatlara 800 milyon dollardan çox vəsait xərclənir. Bütün yaşlarda olan insanlar qəbizlikdən əziyyət çəkir. Bu problemin riski 65 yaşından yuxarı kişi və qadınlarda kəskin artır.

Qəbizliyin əsas səbəbləri. Böyüklərdə qəbizliyin əsas səbəbi bunlardır: aşağı lifli pəhriz, kifayət qədər su qəbulunun olmaması, oturaq həyat tərzi, defekasiya çağırışının dəf edilməsi, işlədicilərin həddən artıq istifadəsi, dərmanların əlavə təsiri, düz bağırsaqda olan ağrı və ya diskomfort.

Qəbilziyini əsas formaları və əlamətləri. Klassik təsnifat və praktik nöqteyi-nəzərdən qəbizliyin formalaşmasının mexanizmləri bunlardır: üzvi, funksional, proktogen. Qəbizliyin əlamətlərinə aiddir: həftədə 3 dəfədən az defekasiya; xırda, bərk, quru nəcis; defekasiya zamanı həddən artıq gücənmə; düz bağırsaqda natamam boşalma hissi; imalə, işlədici vasitələrin mütəmadi istifadəsi.

Qəbilziyin əsas ağırlaşmaları. Qəbizlik zamanı koprostaz (nəcis kütlələrinin bərkiməsi) ciddi ağırlaşmadır. Bütün qruplarda rast gəlinsə də, ən çox yataq xəstələrində olur. Koprostazın fəsadları: iştahanın itməsi, dispeptik pozulmalar, abdominal ağrı, mexaniki bağırsaq keçməməzliyi, ikincili kolit, proktosiqmoidit.

Qəbizliyin müalicəsi və profilaktikası: qəbizliklə müşayiət olunan əsas xəstəliyin standart müalicəsi kifayət etmədikdə, həyat keyfiyyətini yaxşılaşdırmaq və ağırlaşmaların qarşısını almaq üçün müvafiq simptomatik müalicə aparılır. Qəbizliyin əsas müalicə prinsipləri: pəhriz, fiziki aktivlik, əsas xəstəliyin müalicəsi, dərmanların əlavə təsirinin aradan qaldırılması, işlədici vasitələrin istifadəsi. Qəbizliyin müalicənin birinci mərhələsində qidada bitki mənşəli qida liflərinin miqdarı artırılmalıdır. Qida liflərindən istifadənin artırılması ilə xəstələrin əksəriyyətində əlamətlərin azalmasını əldə etmək olar. Normal peristaltikanı dəstələmək üçün hər qida qəbulundan sonra 15 dəqiqə ərzində kifayət qədər fiziki aktivlik lazımdır. "Günahkar" dərman vasitələrinindən imtina etmək (mümkün olduqda) məqsədəuyğundur. Əgər qəbizlik aradan qalxmırsa, nəcisi xaric etmək üçün bağırsaqlara kömək edən işlədici vasitələrdən istifadə olunmalıdır.

Materialda əks olunmuş məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir. Materiallardan istifadə olunduqda www.aptekonline.az saytına istinad olunma mütləqdir.
Oxuduğunuz məqalənin əsas mövzusu olan xəstəliyə qarşı, eləcə də digər xəstəliklərə qarşı effektiv və güclü mübarizə aparmaq üçün keyfiyyətli, təbii dərman vasitələri, kosmetoloji vasitələr, gigiyena və təmizlik vasitələri, uşaq qidaları və tibbi ləvazimatlar üçün 24 saat operativ xidmət   göstərən *7700 - təcili dərman çatdırılma xidmətinə müraciət edə bilərsiniz.
Sifariş üçün:
+99455 251 77 00 (Whatsapp) nömrəsinə yaza və ya *7700 nömrəsinə zəng edə bilərsiniz.
Çatdırılma ÖDƏNİŞSİZDİR.


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/803362.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR