"Space TV"dən Elçin Əlibəyli ilə bağlı AÇIQLAMA

"Space TV"dən Elçin Əlibəyli ilə bağlı AÇIQLAMA
13:17 19 Noyabr 2019
155 Ölkə
Ölkə mətbuatı
A- A+

Tanınmış aparıcı Elçin Əlibəylinin sosial şəbəkə hesabında Space TV-nin efirində getdiyini iddia etdiyi video-paylaşıma televiziyadan rəsmi cavab verilib.

Milli.Az azxeber.com xəbər verir ki, Space TV-nin mətuat xidmətindən verilən məlumata görə, "El bizim, sirr bizim" verilişinin aparıcısı Elçin Əlibəyli sosial şəbəkələrdə normal düşüncəyə və sağlam məntiqə sığmayan video-çağırış yayıb:

"Hesab edirik ki, bu çağırışla Elçin Əlibəyli özü ilə bağlı gülünc fikir yaradıb və belə bir şəxsin Space TV-də işləməsi tamaşaçılara sayğısızlıq ola bilər. Buna görə, onunla bağlanmış müqavilə Space TV tərəfindən ləğv edilir".

Qeyd edək ki, iki gün öncə Elçin Əlibəyli Space TV-nin efirində apardığı "El bizim, sirr bizim" verilişinin çəkilişində vətənimizi və Azərbaycan televiziya məkanını aşağılayan çıxışını paylaşmışdı:

"Xəbəriniz var kimin vətəninə çevrilmişik? Üç badam, bir qozun vətəninə çevrilmişik. İstəməzdim belə olsun. Bu, mənim sizinlə sonuncu görüşümdür. Mən də öz sənətimə, peşəmə dəyər verdiyim üçün "Sənətin, peşənin aşağılandığı yerdə olmaram" şüarını irəli sürürəm. Burada sizinlə, televiziya ilə vidalaşıram".
Space TV-nin rəsmisi Kamil Şahverdi E.Əlibəylinin bu sözlərinin efirə getmədiyini, montaj olunan hissənin sosial şəbəkədə yayılma səbəbini araşdırdıqlarını bildirmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/803377.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR