DİN ölümlə nəticələnən hadisələrlə bağlı məlumat yaydı

DİN ölümlə nəticələnən hadisələrlə bağlı məlumat yaydı
13:33 19 Noyabr 2019
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Daxili İşlər Nazirliyi ötən gün ölkədə baş verən və ölümlə nəticələnən yol-nəqliyyat hadisələri ilə bağlı məlumat yayıb.

Publika.az nazirliyə istinadən xəbər verir ki, noyabrın 18-də saat 11 radələrində Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində Cəlilabad rayon sakini R.Əkbərov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Cəmil Əsədovu vurun və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Oxşar hadisə noyabrın 18-də saat 23 radələrində Saatlı şəhərində də baş verib. Saatlı şəhər sakini B.Zalıyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Hicran Məmmədovu vurub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Bundan başqa noyabrın 18-də saat 17 radələrində Quba rayonunun İspik kəndi ərazisində Zərdabi kənd sakini Elnur Qədirov idarə etdiyi “VAZ-2106” markalı avtomobili aşırıb. Nəticədə xəstəxanaya gətirilmiş sərnişin – sürücünün bacısı oğlu, 1 yaşlı Polad orada ölüb.

Hər bir faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/296585.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR