SON DƏQİQƏ: İran yenidən qarışdı - Polislər öldürülür - VİDEO

SON DƏQİQƏ: İran yenidən qarışdı - Polislər öldürülür - VİDEO
13:48 19 Noyabr 2019
87 Digər
Ölkə mətbuatı
A- A+

İranın paytaxtı Tehranda benzinin bahalaşmasından sonra baş qaldıran aksiyalarda İslam İnqilabı Keşikçiləri Korpusu və milis qüvvələrinə mənsub 3 nəfər ölüb.

Publika.az xəbər verir ki, “Fars” xəbər agentliyi polislərin Mələrd rayonunda aksiyaçılarla aralarında baş verən insidentdə öldüyünü bildirib.

Bundan başqa, Şirazda cümə günündən etibarən baş qaldıran iğtişaşlar zamanı 75 bank şöbəsi yandırılıb.

Başda Tehran olmaqla, Təbriz, Məşhəd, Əhvaz, İsfahan, Şiraz, Yəzd, Kirman və Kərəç şəhərlərində aksiyalar çərçivəsində yanacaqdoldurma məntəqələri, ictimai binalar və polis avtomobilləri məhv edilib.

Müxalif kanallar və sosial media istifadəçiləri ölü və yaralı sayının rəsmi açıqlamalardakından daha çox olduğunu iddia edir.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/296587.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR