Avropa İttifaqının 2020-ci il büdcəsi açıqlanıb

Avropa İttifaqı Şurası (Aİ) və Avropa Parlamenti (AP) 2020-ci il büdcəsini razılaşdırdıqlarını açıqlayıb.

Bu barədə Metbuat.az Avropa KİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, gələn il Aİ-da büdcə gəlirlərinin 168,7 milyard avro, büdcə xərclərinin isə 153,2 milyard avro təşkil edəcəyini gözlənilir. Beləliklə büdcədə 15,5 milyard avro müsbət saldo yaranacaq.

Büdcədən məşğulluq və uyğunlaşma proqramları üçün 83,9 milyard avro, kənd təsərrüfatı və təbii sərvətlər üçün 58,6 milyard avro, “Erasmus” təhsil proqramı üçün 2,9 milyard avro, təhlükəsizlik üçün 3,7 milyard avro ayrılacaq.

Xatırladaq ki, Aİ-nın büdcəsinə mərkəzi Lüksemburqda yerləşən Avropa Auditorlar Məhkəməsi nəzarət edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR