ABŞ-ın haqsız olduğunu sənədlərlə sübut etdik - Ərdoğan "erməni soyqırımı" barədə

“ABŞ-da Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qərarının haqsız olduğunu sənədlərlə sübut etdik”.

Metbuat.az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) Türkiyə Böyük Millət Məclisində (TBMM) qrup iclasında çıxışı zamanı deyib.

Türkiyə Prezidenti bildirib ki, Nümayəndələr Palatasının məlum qərarı tarixi həqiqətlərə zidddir.

Ərdoğan ABŞ senatının onunla görüşdən sonra qondarma “erməni soyqırımı” ilə bağlı qətnaməni blokladığını da xatırladıb.

Qeyd edək ki, ötən ay ABŞ Nümayəndələr Palatası qondarma “erməni soyqırımı”nın tanınması barədə akt qəbul edib. Lakin ABŞ senatı Ərdoğanla görüşdən sonra “erməni soyqırımı” ilə bağlı qətnaməni bloklayıb. (apa)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR