Sərnişin avtobusu qəza törətdi, xəsarət alan var - BAKIDA

Bakıda zəncirvari yol qəzası baş verib.

Metbuat.az-ın xəbərinə görə, hadisə Dərnəgül şossesində qeydə alınıb.

Belə ki, hərəkətdə olan 24 saylı marşurut avtobusu yolun kənarında dayanan “Hyundai” markalı avtomobillə toqquşub. Daha sonra avtobus KİA markalı maşına dəyib.

Hadisə nəticəsində “Hyundai” markalı avtomobilin sürücüsü ağır xəsarət alıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb.

Avtomobillərə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır. (Report)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR