Məşhur şirkət 450 min avtomobili geri çağırdı - Yanğın ehtimalı varmış

Yapon avtomobil şirkəti "Nissan" sentyabr ayında 1 milyon 200 min avtomobilini geri çağırmışdı. Bu dəfə isə şirkət daha 450 min avtomobili geri çağırıb.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, bu qərara səbəb həmin avtomobillərdə yanğın ehtimalının olmasıdır. Geri çağırılan avtomobillər arasında 2015-2018-ci il "Murano" və 2016-2018-ci il "Maxima" modelləri var. Bu proses hal-hazırda sadəcə ABŞ-da həyata keçirilir.

Qeyd edək ki, sentyabrda baş tutan oxşar prosesdə də eyni modellər geri çağırılmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR