Aygünlə Nigar niyə bir araya gəldi? - VİDEO

Aygünlə Nigar niyə bir araya gəldi? - VİDEO
14:23 19 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Müğənni Nigar Camal Əməkdar artist Aygün Bəylərlə olan yeni duetini təqdim edib.

Publika.az xəbər verir ki, “Nəfəsim, qəlbim” adlanan mahnının musiqisi Nigar Camala, sözləri İkram Əliyevə məxsusdur. Klipin rejissorluğunu Əli Zamansoy, montajını isə Rasif Əliyev həyata keçirib. Çəkilişlər üç gün ərzində Lənkəran, AstaraBakıda reallaşıb. Klip üzərində 18 nəfərlik komanda çalışıb. N.Camal bəstəsi ilə bağlı fikirlərini belə izah edib:

“Bu mahnının mənim üçün ikiqat özəlliyi var: Birincisi, ilk bəstəmdir. İkincisi isə musiqi çox dəyərli bir insana həsr olunub. Sözlərini İkram Əliyev qələmə aldı. Bəstə yaranandan duet olaraq ağlıma gələn yeganə ifaçı, sənətkar, Əməkdar artist Aygün Bəylər oldu. Duyğularımı insanlara istədiyim kimi çatdırmağa sadəcə onun gözəl səsinin qatqısı ola bilərdi...”.

Qeyd edək ki, ekran işi Nigar Camalın rəsmi “Youtube” kanalında paylaşılıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin1/296563.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR