Gürcüstandan qanunsuz yolla gətirilən siqaretlər aşkarlandı - FOTO

Gürcüstandan qanunsuz yolla gətirilən siqaretlər aşkarlandı - FOTO
14:32 19 Noyabr 2019
100 Ölkə
Ölkə mətbuatı
A- A+

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Mercedes-Benz 200D" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında saxlanılıb və şifahi sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsə də, kinoloji xidməti itin tətbiqi ilə avtomobilin yoxlanması zamanı arxa oturacaqların içərisində və yük yerində 14800 ədəd "King" markalı siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/803373.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR