Azərbaycanlı futbolçu bu uşağı axtarır: Hədiyyə vermək istəyir

Azərbaycan yığma komandasının və "Sabah" klubunun futbolçusu Təmkin Xəlilzadə maraqlı paylaşım edib.

Metbuat.az xəbər verir ki, futbolçu azyaşlı uşağın fotosunu paylaşaraq, onu axtardığını deyib.

Təmkin uşaq barədə bu sözləri yazıb: "Nə gözəl azarkeşdir. Təəssüflər olsun ki, balacanın üzünü güldürə bilməsək də, bu gözəl dəstək üçün ona öz formamı hədiyyə etmək istəyirəm. Valideynləri və ya yaxınları məni izləyirsə, zəhmət olmasa əlaqə saxlasın".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR