Ərdoğan dünyaya ELAN ETDİ: "ABŞ F-35-ləri verməsə..."

Ərdoğan dünyaya ELAN ETDİ: "ABŞ F-35-ləri verməsə..."
14:43 19 Noyabr 2019
99 Digər
Ölkə mətbuatı
A- A+

“Aramızdakı bir çox məsələyə əsas həll tapa bilmədik, amma bu məsələlərin münasibətlərimizə təsir etməsinə icazə vermədiyimizi dünyaya göstərdik”.

Publika.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla 13 noyabrda keçirdiyi görüşdən danışarkən deyib.

Rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının qrup toplantısında çıxış edən prezident bildirib ki, S-400 hava hücumundan müdafiə sistemləri məsələsində geri addım atmayacaqlarını ABŞ səfərində bir daha ifadə edib:

“Türkiyə-ABŞ münasibətləri çətin dövrlərdən keçdi. Səfərimizin məqsədi bu dövrü geridə qoymaq idi. Regionumuz və dünyadakı proseslər ABŞ ilə Türkiyənin yaxın olmasını labüd edir. Aramızdakı problemlər kiçik qüsurlardan ibarətdir. Bu qüsurlar süni şəkildə böyüdülüb. İki ölkə arasındakı münasibətləri pozmağa dair təşəbbüslərin gerçək mahiyyətini ən yaxşı görən də cənab Trampdır. Ona Türkiyənin S-400 sistemi alma mərhələsinə necə gəldiyimizi izah etdik. Ölkəmizin bu məsələdə geri addım atmayacağını da bir daha söylədik. Həmçinin “Patriot” sistemi almaq tələbimizi də təkrarladıq. F-35 layihəsinə müştərək deyilik, ortağıq. Əgər bu məsələdəki mövcud anlaşmazlıq davam etsə, alternativ axtarışlara çıxacağıq”.

Ərdoğan bildirib ki, Konqresin Nümayəndələr Palatasında qəbul edilən erməni soyqırımı qətnaməsi səfərdən sonra blok edilib.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/296596.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR