Əli Kərimli müxalifətin "Lenin"i vasitəsilə Müsavatı parçalamaq istəyir - Oqtay Hacımusalı

Əli Kərimli müxalifətin "Lenin"i vasitəsilə Müsavatı parçalamaq istəyir - Oqtay Hacımusalı
14:55 19 Noyabr 2019
101 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Təqribən bir ay öncə Müsavat partiyası qurultay keçirəndə bəzi kartların hələ o zaman açıqlığa qovuşduğunu yazmışdıq. Yazmışdıq ki, AXCP sədri Əli Kərimli Tofiq Yaqublunun vasitəsi ilə Müsavatı parçalamağa çalışacaq. Yəni, Tofiq Yaqublunu Müsavat partiyasının sədrliyinə namizəd olmasının arxasında dayanan məhz Əli Kərimlidir.

Trend-in məlumatına görə, bunu jurnalist Oqtay Hacımusalı deyib. Onun sözlərinə görə, hələ o zamandan AXCP sədri Müsavatın içindəki Tofiq Yaqubluya və onun komandasına "stavka" etmişdi: "Müsavat Partiyasında Arif Hacılı başqan seçiləndən sonra təbii ki, Əli Kərimli "stavka" qoyduğu şəxsin boşda qalmasına imkan verə bilməzdi. Və vermədi də. Oynanan oyunda əvvəlcə 19 oktyabrda keçirilən icazəsiz aksiyada Tofiq Yaqublunun həbs olunmasına şərait yaradıldı. Üç saat içəridə qalıb çıxan Əli Kərimlidən fərqli olaraq Tofiq Yaqublu haqqında bütün müxalif media ayağa durdu və ondan müxalifətin "Lenin"i yaratmağa cəhd göstərdilər. Həmin dövr ərzində sosial mediadakı trolları vasitəsi ilə Əli Kərimli Tofiq Yaqublu haqqında statuslar yazdırdı, müxtəlif formada imic formalaşdırmağa çalışdı. Və həmin ərəfədə Müsavat daxilində yaranan siyasi mühacir biznesi ilə bağlı kriz də belə demək mümkünsə, Tofiq Yaqublunun ön plana çıxmasına səbəb oldu. Bu yerdə bəzi çevrələrdə Müsavatın siyasi mühacir biznesi böhranının məhz Əli Kərimli tərəfindən koordinə edildiyi ilə bağlı gəzən söz-söhbətlərə məntiqlə haqq verməmək əldə deyil. Özünü radikal müxalifətin hakimi mütləqi kimi görmək istəyən Əli Kərimlinin bu addımı atmaqla bir daşla bir neçə quş vurmaq istədiyi də gün kimi ortadadır".

Jurnalist əlavə edib ki, xaricdən gələn qrantlar uğrunda gedən döyüşlərdə qarşısında rəqib görmək istəməyən AXCP sədri ilk öncə "Milli Şura"da təmsil olunan Tofiq Yaqublunun başqanlığa namizədliyini dəstəklədi, bu plan baş tutmadıqda isə ortaya yeni bir format qoydu: "Dünən isə Cəmil Həsənli çıxışında Tofiq Yaqublunun Milli Şura sədri ola biləcəyinin anonsunu verdi. Təbii ki, əgər Cəmil Həsənli bu anonsu veribsə, demək ki, Əli Kərimlidən gəlib əmr. Belə çıxır ki, önümüzdəki günlərdə Tofiq Yaqublu Müsavatdan "Milli Şura"ya keçərsə, partiyada növbəti ayrılmanın şahidi olacağıq. Hər halda, Əli Kərimlinin istəyi onsuz da təlatümlər içində boğulan Arif Hacılı komandasını pat vəziyyətinə salmaqdır. İki həftə öncə bir masa ətrafında oturub birlikdən dəm vuran bu qaragüruhun siyasi maraqlar naminə bir-birilərini heçə saymaları onsuz da prosesləri izləyənləri təəccübləndirmir. Hər kəs radikal müxalifətin bu cür masa ətrafında oturub sonra xəyanət etmələrinə alışıb artıq. Tofiq Yaqublu vasitəsi ilə Müsavat partiyasını parçalamaq istəyi təqribən bu qəbildən olan hadisədir".

Qeyd edək ki, oktyabrın 19-da Bakıda "Milli Şura"nın keçirməyə cəhd etdiyi icazəsiz etiraz aksiyasında polisə müqavimətdə təqsirləndirilərək inzibati həbs olunan Tofiq Yaqublu dünən azadlığa buraxılıb. Özünü demokratik qüvvələrin "Milli Şura"sı kimi təqdim edən qurumun sədri Cəmil Həsənli isə sözügedən quruma sədrliyi Tofiq Yaqubluya həvalə etməyi təklif edib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/3150892.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR