Pərvin Abıyeva sevgilisindən DANIŞDI: “Ən son dodağımı...” -

ARB TV-nin “Show News” verilişinin növbəti müsahibi aktrisa Pərvin Abıyeva olub.

Metbuat.az bildirir ki, bir müddət öncə gənc bəylə görüntülənən aktrisa sevgili olmadıqlarını deyib:

“O şəxs mənim sevgilim deyildi. Problemlər yarandı. Mənə çox yaxın insandı. O hamıdan tez gəldiyi üçün o biri dostlarım gələnə kimi onu yanımda saxladım. Sevgilim məni qısqanmır. Məni tanıyır, başa düşür. Ortada konkret bir şey olmadığı üçün hər şeyi elan etmək istəmirəm. Oturduğum yerdə başımı niyə ağrıdım? Barmadığımdakı üzüyü xətrimi çox istəyən bir şəxs hədiyyə edib. Qiymətini dəqiq bilmirəm, yarım karat olmalıdır. Kim olduğunu demirəm. Bilərəkdən diqqət mərkəzində qalmağa çalışmıram. Sadəcə qadın kimi “şık” görünməyə çalışıram. Tez-tez gözə gəlirəm. Yıxılıram, bir yerimi partladıram. Ən son dodağımı partlatmışam”.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR