Müxalifət Gürcüstan parlamentinin iclas zalının qapısını qıfıllayıb

Müxalifət Gürcüstan parlamentinin iclas zalının qapısını qıfıllayıb
15:22 19 Noyabr 2019
82 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstan parlamentinin plenar iclaslarının keçirildiyi zalın qapısı qıfıllanıb.
“Report”un yerli bürosu xəbər verir, qıfılı qapıya müxalif Vahid Milli Birlik Hərəkatı Partiyasının (VMHP) parlamentdəki fraksiyasının rəhbəri Roman Qotsiridze bağlayıb.
Deputat bildirib ki, bu yolla təmsil etdiyi partiya parlamentin fəaliyyətinə siyasi boykot elan edir.
Onun sözlərinə görə, VMHP-in proporsional sistem üzrə növbədənkənar parlament seçkilərinin keçirilməsi və hökumətin istefası ilə bağlı tələbləri qüvvədə qalır. 


Xəbərin orijinal ünvanı: https://report.az/region/muxalifet-gurcustan-parlamentinin-iclas-zalinin-qapisini-qifillanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR