Rusiyada şok hadisə - Yol aralandı, maşın su qaynayan quyuya düşdü - ÖLƏNLƏR VAR

Rusiyada şok hadisə - Yol aralandı, maşın su qaynayan quyuya düşdü - ÖLƏNLƏR VAR
15:23 19 Noyabr 2019
114 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın Penza şəhərində avtomobil qaynar su çuxuruna düşüb.

Publika.az xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb. Ölənlərin şəxsiyyəti dəqiqləşdirilir. Qəzanın baş verdiyi ərazidə suyun verilişində fasilə yaranıb. “Penzanın istilik sistemi şirkəti”nin texniki direktoru Vasili Juravlev bildirib ki, səhər saatlarında hadisə yerində buxarlanma olmayıb: “Biz vəziyyəti daim nəzarətdə saxlayırıq. Boru normal işləyirdi. Hadisəyə görə təəsüf edirik”.

İlkin məlumata görə, hadisə yeraltı istilik xəttində baş verən qəzadan sonra yolun altında yaranmış gölməçənin ətrafını buxarın basması və sürücünün bunu görməməsi səbəbindən baş verib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/mdb/296602.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR