Qubada 3 dəfə həbsdə yatan şəxs yenidən tutuldu - FOTO

Qubada 3 dəfə həbsdə yatan şəxs yenidən tutuldu - FOTO
15:32 19 Noyabr 2019
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər də bu cinayət əməllərinə görə üç dəfə həbs olunaraq səkkiz ilə yaxın müddətə məhkumluq həyatı yaşamış rayonun Barlı kənd sakini, 61 yaşlı Fərman Mirişov saxlanılıb.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən onun yaşadığı evə keçirilən baxış zamanı oradan xüsusi aqro-texniki qaydada qulluq edilərək yetişdirilmiş çətənə bitkiləri, eləcə də şüşə bankada və sellofan torbada saxlanılan, ümumi çəkisi yarım kiloqrama yaxın olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/803402.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR