“Airbus” 30 milyard dollarlıq müqavilə imzalayıb

“Airbus” 30 milyard dollarlıq müqavilə imzalayıb
16:07 19 Noyabr 2019
94 Digər
Ölkə mətbuatı
A- A+

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilən avia-şouya qatılmış Avropanın təyyarə istehsalçısı - “Airbus” şirkəti 30 milyard dollarlıq 2 kommersiya müqaviləsi imzalayıb.
“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, müqavilələrdən biri BƏƏ-nin “Emirates” aviaşirkətinə 16 milyard dollar dəyərində 50 ədəd geniş gövdəli sərnişin təyyarəsinin, digər müqavilə isə BƏƏ-nin "Air Arabia" aviaşirkətinə 14 milyard dollar dəyərində 120 ədəd dar gövdəli sərnişin təyyarəsinin satılmasını nəzərdə tutur. 

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/airbus-30-milyard-dollarliq-muqavile-imzalayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR