Arvadı Elçin Əlibəylini döyüb xəstəxanalıq etdi

Arvadı Elçin Əlibəylini döyüb xəstəxanalıq etdi
16:12 19 Noyabr 2019
105 Ölkə
Ölkə mətbuatı
A- A+

Tanınmış aparıcı Elçin Əlibəyli həyat yoldaşı tərəfindən döyülüb.

Milli.Az xəbər verir ki, bununla bağlı oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat verib. 

E.Əlibəyli Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, noyabrın 17-də H.Əliyev küçəsində arvadı, Tərtər rayon sakini, 1993-cü il təvəllüdlü D.V. tərəfindən xuliqanlıq zəminində onu döyərək xəsarət yetirib. 

Xəsarət alan E.Əlibəyli Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/803530.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR