“Naxçıvanın gəlirləri daxili mənbələr hesabına artsa...” - EKSPERTDƏN TƏKLİF

“Naxçıvanın gəlirləri daxili mənbələr hesabına artsa...” - EKSPERTDƏN TƏKLİF
16:13 19 Noyabr 2019
114 Digər
Ölkə mətbuatı
A- A+

“Təklif edirəm ki, Naxçıvanda azad və xüsusi sənaye zonası yaradılsın”.

Bu sözləri Publika.az-a açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Naxçıvanın iqtisadi inkişaf potensialını dəyərləndirən ekspert, investisiya mühitinin yaxşılaşdırılması ilə bağlı islahatların davam etdirilməsinin vacibliyini qeyd edib:

“Naxçıvanın blokadada olduğunu nəzərə alsaq, dövlət dəstəyinin olması başa düşüləndir. Etiraf etmək lazımdır ki, mövcud şərtlər daxilində Naxçıvanın, öz xərclərini tam olaraq gəlirləri hesabına ödəməsi mümkündür. Amma sözsüz ki, gəlirlərin artırılması mümkündür və əsas tapşırıq da ondan ibarətdir ki, Naxçıvan növbəti dövrlərdə öz gəlirlərini daxili mənbələr hesabına artıra bilsin. Statistikaya diqqət yetirsək görərik ki, Naxçıvanda xüsusən sənaye və aqrar sektorda artım tempi qorunub saxlanıb. Yəni ötən il Naxçıvanda sənayedə 1.4%, aqrar sektorda isə 4% artım qeydə alınıb. Sənayeyə nisbətən aqrar sektorda artım daha yüksəkdir. Makroiqtisadi göstəricilər və investisiya qoyuluşları stabildir. İnvestisiya göstəricilərində ötən il 0.8% artım qeydə alınıb. Ölkə başçısının tapşırığı ondan ibarətdir ki, xüsusən sərmayə qoyuluşlarında artım tempini artırmaq mümkün olsun. Hansısa vasitələrlə Naxçıvanda sərmayə qoyuluşlarının artırılması və daxili maliyyə mənbələrinin genişləndirilməsi mümkündür. Əgər Türkiyə ilə birlikdə Naxçıvanda azad iqtisadi zonanın genişləndirilməsi mümkün olarsa, nəticə etibarilə bu imkan verəcək ki, daha çox xarici sərmayənin cəlb edilməsi mümkün olsun. Xüsusən birinci mərhələdə Türkiyə və yaxın ölkələrdən sərmayənin cəlb edilməsi mümkündür. Sərmayə cəlbi daha çox geniş yer yaradılması deməkdir və nəticə etibarilə bu imkan verə bilər ki, daha çox xarici sərmayənin cəlb edilməsi reallaşsın. Düşünürəm ki, xüsusi layihələrin və azad iqtisadi zonanın yaradılması çox vacibdir və xarici sərmayənin cəlb edilməsinə imkan yaradır. Daxili sərmayə ilə bağlı Azərbaycanın iş adamlarının sərmayəsinin cəlb edilməsi üçün təşviqedici fəaliyyətlərə ehtiyac var. Nəzərə alsaq ki, Naxçıvan və Azərbaycan üçün əsas prioritet məqsəd kölgə iqtisadiyyatının payının azaldılması və investisiya mühitinin daha da yaxşılaşdırılmasına nail olmaqdan ibarətdir. Bu baxımdan baxmayaraq ki, Naxçıvan blokadadır, iqtisadi potensialını artırmağa imkanı var və düşünürəm ki, respublika səviyyəli azad iqtisadi zonanın yaradılması daxil olmaqla layihənin həyata keçirilməsinə ehtiyac var. Bu, Naxçıvana növbəti dövrlərdə, növbəti ildən başlayaraq öz xərclərini mərhələli şəkildə daha çox daxili mənbələr hesabına ödəməyə imkan yaradacaq.

Ekspert Naxçıvanda mövcud infrastrukturun sərmayə cəlbinə imkan yaratdığını vurğulayıb:

“Qeyd olunduğu kimi, Naxçıvanda infrastrukturun genişləndirilməsi ilə bağlı kifayət qədər böyük məbləğdə vəsaitlər qoyulub. Bu baxımdan infrastruktur əslində inkişaf edir. Mən özüm ötən il və bu il Naxçıvana getmə imkanı qazandım, sərmayənin cəlb edilməsi baxımından qiymətləndirmə apardım. İnfrastruktur formalaşıb və növbəti dövrdə isə məhz həmin o infrastruktrun dəyərə çevrilməsi, daha çox dəyər yaratması, daha çox yeni iş yerləri yaradılması istiqamətində fəaliyyətinin genişləndirməsinə inam var. Bu yolla biz Naxçıvanda daxili mənbələrin payının artmasını müşahidə edə bilərik”.

Naxçıvanda elektrik enerjisinin sonrakı dövrlər üçün ixrac potensialınının mümkünlüyündən danışan ekspert əlavə edib:

“Naxçıvanın ixrac edə biləcəyi məhsullardan biri də elektrik enerjiisi ola bilər. Çünki elektrik enerjisi stansiyalarının tikilməsi gələcəkdə məhsullar üçün həm də ixrac imkanı yaradacaq. Digər tərəfdən tələbin ödənilməsi baxımından çox vacibdir. Nəzərə alsaq ki, elektrik enerjisinin ixracatı Azərbaycan üçün prioritet məsələlərdən biridir və Azərbaycan qeyri-neft sektorunu, həm də elektrik enerjisini ixrac etmək niyyətindədir. Ona görə də Naxçıvan elektrik enerjisinin istehsalını artırmaqla, həm də gələcəkdə onun ixracatını həyata keçirə bilər”.

Məhərrəm Əliyev


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/296600.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR