4 dəfə ona xəyanət edən arvadını bağışladı - “Kişi fahişəni mələyə çevirəndir”

4 dəfə ona xəyanət edən arvadını bağışladı - “Kişi fahişəni mələyə çevirəndir”
16:32 19 Noyabr 2019
79 Ölkə
Ölkə mətbuatı
A- A+

Space TV-də yayımlanan "Gəl dərdini danış" sosial-kriminal layihədə ötən gün maraqlı anlar yaşanıb.

Milli.Az unikal.org-a istinadən xəbər verir ki, verilişə müraciət edən şəxs arvadının ona 4 dəfə xəyanət etməsinə baxmayaraq, onu yenidən bağışlamağa hazır olduğunu bildirib. Onun sözlərinə görə, arvadı 1 yaş 3 aylıq körpəsini evdə ataraq 1 ilə yaxındır həmkəndlisi Şahin adlı şəxslə qoşulub qaçıb. Ərin iddiaları hər kəsi dəhşətə gətirib. Pərvinin sözlərinə görə, Rəqsanə onu 4 dəfə aldatsa da, onu bağışlayıb, hətta günü bu gün də evə qayıdarsa, onu bağışlamağa hazırdır.

"Kişi o deyil ki, mələyi fahişəyə çevirsin, əsl kişi fahişəni mələyə çevirəndir", - Pərvin bildirib.

Qısa olaraq telefonla müsahibə verən Rəqsanə ərinin yalan danışdığını və uşağına isə qorxudan yaxın gələ bilmədiyini deyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/803425.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR