Yerevan Psixiatriya Klinikasının pasiyentləri aclıq aksiyasına başlayıb

Yerevan Psixiatriya Klinikasının pasiyentləri aclıq aksiyasına başlayıb
16:32 19 Noyabr 2019
47 Digər
Ölkə mətbuatı
A- A+

Yerevan Psixatriya Klinkasının pasiyentləri aclıq aksiyası keçirir.
“Report” xəbər verir ki, bu barədə “Novosti Armeniya” məlumat yayıb.
Etiraz aksiyasında 50-dən çox pasiyent iştirak edir. Onlar qohumlarının xəstəxanaya yemək gətirməsinə qoyulan qadağanın götürülməsini tələb edirlər. 
Psixi sağlamlığın qorunması üzrə Milli Mərkəzin direktoru Sergey Xaçatryan xəstəxanada müalicə olunan şəxslərin aclıq aksiyası keçirdiklərini təsdiqləyib: “Son aylarda qohumların gətirdiyi yeməklərdə bağırsaq çöpləri aşkar edilib. Bu səbəbdən gətirlən yeməklərin verilməsi qadağan olunub”.
Ermənistanın Səhiyyə Nazirliyi məsələ ilə bağlı araşdırma aparır. 


Xəbərin orijinal ünvanı: https://report.az/region/yerevan-psixiatriya-klinikasinin-pasiyentleri-acliq-aksiyasina-baslayi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR