Braziliya, Argentina və Uruqvay səfəri çox uğurlu keçdi və xoş təəssüratlar yaratdı – İrina Kunina (FOTO)

Braziliya, Argentina və Uruqvay səfəri çox uğurlu keçdi və xoş təəssüratlar yaratdı – İrina Kunina (FOTO)
16:43 19 Noyabr 2019
87 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bir müddət əvvəl Braziliya, ArgentinaUruqvayda Azərbaycan multikulturalizm modeli ilə bağlı uğurlu silsilə seminarlar təşkil olunub. Seminarla bağlı professor İrina Kunina ilə müsahibəni təqdim edirik.

– Səfərinizin məqsədi haqqında məlumat verməyinizi xahiş edirik.

– Bakı Beynəlxalq Multkulturalizm Mərkəzinin layihəsi cərçivəsində Azərbaycan multkulturalizmi kursu Azərbaycanın 40, dünyanın 20 aparıcı universitetlərində tədris olunur. Braziliya Universiteti bu kursun tədris planına daxil edildiyi 21-ci universtitetdir.

Belə ki , 2 avqust 2019-cu il tarixində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Dillər Universiteti və Braziliya Universitetləri arasında qarışılıqlı anlaşma Memorandumları imzalanmışdı. Oktyabr ayının 14-də “Multikulturalizmin Azərbaycan modeli və dünya modelləri” mövzusunda ilk mühazirə təşkil olundu.

Azərbaycan multikulturalizmi mühazirə kursu 2 həftə davam etdi. Bu kurs Argentina və Uruqvay universtitetlərində də böyuk maraq doğurdu. Argentinada Belqrano, Buenos-Ayres, El Salvador və La Plata universtitetlərində mühazirələr keçirildi. Eyni zamanda Azərbaycanın Argentinadakı səfirliyi tərəfindən Beynəlxalq Münasibətlər üzrə Argentina Şurasında “Azərbaycan və multikulturalizmin Azərbaycan modeli” mövzusunda dəyirmi masa təşkil edildi. KARİ-də keçirilən seminar Argentinanın və bu ölkədə multikulturalizmin Azərbaycan modelinin tanınmasına imkan verən bir forum oldu. Digər konfrans-görüş Katolik Universitetində keçirildi.

– Səfər haqqında təəsüratlarınız necədir?

– Vaxtın çox məhdud olmasına baxmayaraq, səfər çox uğurlu keçdi və xoş təəssüratlar yaratdı. Lakin onu da qeyd edim ki, səfərdə xoşagəlməz məqamlar da oldu. Argentina və Uruqvayın erməni diasporu bizim tədbirlərimizə mane olmağa, bəzi hallarda hətta görüşləri pozmağa cəhd göstərdilər.

– Səfərdə olduğunuz ölkələrdə Azərbaycan və multkulturalizmə nə qədər maraq oldu?

– “Azərbaycan multkulturalizmi” kursu böyük maraqla qarşılandı və Azərbaycan zəngin tarixi və mədəniyyəti olan bir ölkə kimi yadda qaldı. Mühazirələrdə çox sayda tələbələrin iştirakı bunu bir daha təsdiqləyir.

Braziliya Universitetinin Beynəlxalq Münasibətlər fakültəsində 30 nəfər tələbə, mühazirələrdə isə Siri-Lanka, PeruKolumbiya səfirliklərinin nümayəndələri, Argentinanın Belqrano Universtitetində keçirilən mühazirədə isə yerli tələbələrlə yanaşı, xarici tələbələr də iştirak edirdilər. Uruqvay Katolik Universitetində iştirakçıların sayı 150 nəfərə çatmışdı.

Qeyd etmək istərdim ki, dinləyiciləri radio və universitet mətbuatında elanlar vasitəsilə mühazirələrə dəvət edirdilər. Mühazirələrdə Azərbaycan mövzusu və multikulturalizminə böyük maraq göstərənlər də iştirak edirdilər.

Bütün görüşlərdə bizim ölkəmiz, onun mədəniyyəti, adət və ənənələrimiz haqqında çox sayda suallar verirdilər. Zaman məhdudiyyətinə baxmayaraq, tədbir nəzərdə tutulan vaxtdan çox davam etdi.

– Azərbaycanla bu ölkələrin multkultural dəyərləri arasında hansı oxşar və fərqli cəhətlər var?

– Braziliya, Argentina, Uruqvay kimi Latın Amerikasının bir çox ölkələri də polietnik ölkələrdir. İlk növbədə bu tarixi hadisələrlə bağlıdır. Tarixin müxtəlif mərhələlərində burada müxtəlif irqlərin, millətlərin, dinlərin icmaları meydana çıxıb. Braziliyanın müstəmləkəçiliyi 1530-cu ildən başlayıb. Bu dövrdə Portuqaliyadan artıq ilk köçkünlər buraya gəlməyə başlamışdılar. Braziliya əhalisi indi Avropa mənşəli braziliyalılardan, afrobraziliyalılardan, Asiya braziliyalılardan, parda, sambo və Braziliya hindularından ibarətdir və ölkədə dini müxtəliflik də mövcuddur.

Argentinanın əhalisinin tərkibi 2 əsas qrupa bölünür. Bunlar italyanlar, ispanlar və digər ölkələrdən olan miqrantların kiçik bir hissəsidir. Uruqvayda da əhalinin tərkibi demək olar ki, eynidir. Bu ölkələrin əhalisinin əksəriyyəti katolikdir. Ölkədə az sayda digər dinlərdən olan nümayəndələr də vardır.

Bu ölkələrdə multkulturalizm modeli, onun çox “incə” modelidir. Ölkəmizin ərazisində avtoxton etnik azlıqlar – udinlər, ingeloylar, qrızlar, xınalıqlar yaşayır və onlardan əksəriyyəti Qafqaz Albaniyasında yaşayan tayfaların nəslindəndir. Eləcə də, alloxton milli azlıqlar – ruslar, ukraynalılar, tatarlar və bir çox başqa xalqlar burada məskunlaşmışlar. Bu azlıqların tarixi vətənləri vardır, lakin tarixin müxtəlif mərhələlərində Azərbaycana gəlib çıxmışlar. Bundan başqa, Azərbaycanda dinlərarası dialoqun uğurlu modeli yaranmışdır.

Azərbaycanın multkulturalizm modeli “sərt” modeldir. Bu o deməkdir ki, respublikamızın ərazisində yaşayan etnik azlıqların bütün hüquqları qanunlarla qorunur. Ölkə ərazisində yaşayan etnik azlıq təşkil edən nümayəndələrin mədəni və milli dəyərlərinin qorunmasına dövlət tərəfindən dəstək göstərilir.

– Bu əməkdaşlıq çərçivəsində daha hansı layihələri həyata keçirmək olar?

– Bu ölkələrlə işin davam etdirilməsi nəzərdə tutulur. “Azərbaycan multkulturalizmi” kursunun tədrisi Braziliyada davam etdiriləcək. Eyni zamanda Argentina və Uruqvay universitetlərində kursların tədrisi ilə bağlı təkliflər nəzərdən keçirilir. Bu kurslarda iştirak edən tələbələrin Beynəlxalq Yay və Qış məktəblərinin iştirakçıları kimi Azərbaycana dəvət edilməsi planlaşdırılır. Gələcəkdə bu tələbələri ”Azərbaycanın Gənc Dostları” klubunun üzvləri kimi görməyə çox şad olarıq.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3150955.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR