“Siz məni yaman tez qabaqlayırsız” - Novruz Məmmədovdan İLK REAKSİYA

“Siz məni yaman tez qabaqlayırsız. Yenə də çox sağ olun ki, maraqlanıb təbrik etdiniz”.

Metbuat.az bildirir ki, bu fikirləri açıqlamasında sabiq Baş nazir Novruz Məmmədov Azərbaycan Dillər Universitetinə prorektor təyin olunması xəbərinə münasibət bildirərkən deyib.

Sabiq Baş nazir adıçəkilən təhsil ocağının onun üçün doğma olduğunu xüsusi qeyd edib:

“Mənim ilk fəaliyyətim elə Azərbaycan Dillər Universitetindən başlayıb. Həmin universiteti də fərqlənmə ilə bitirmişəm. Ondan sonra 25 il orada çalışmışam. Bu illər ərzində baş müəllim, dosent, dekan, kafedra müdirinə kimi fəaliyyət göstərmişəm. Bu təhsil ocağı mənə çox doğma yerdir. Müəyyən vəzifələr içərisində pedaqoji sahənin mənim üçün çox önəmli yeri var”.

Qeyd edək ki, Azərbaycan Respublikasının sabiq Baş naziri Novruz Məmmədov bu gün yeni vəzifəyə təyin olunub. N.Məmmədov bu gün Azərbaycan Dillər Universitetinə prorektor vəzifəsinə gətirilib. (modern.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR