Bakıda keçmiş məhkum vətəndaşı küçədə qarət etdi

Bakıda keçmiş məhkum vətəndaşı küçədə qarət etdi
16:57 19 Noyabr 2019
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda vətəndaşı qarət edən şəxs saxlanılıb.

Bakı Şəhər Baş Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə müraciət edən paytaxt sakini Z.Qurbanov noyabrın 13-də rayon ərazisində 1 nəfərin ona məxsus, içərisində 3200 manat və mobil telefon olan çantasını açıq talama yolu ilə aldığını bildirib.

Bakı ŞBPİ və Nəsimi RPİ 21-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluğa və quldurluğa görə məhkum olunmuş M.Əliyev saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun cari il sentyabrın 13-də Z.Qurbanovanın mənzilindən içərisində 1800 manat olan pulqabısını oğurlaması da müəyyən edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/803499.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR