FHN əməkdaşları dünya çempionu oldu

FHN əməkdaşları dünya çempionu oldu
17:28 19 Noyabr 2019
87 İdman
Ölkə mətbuatı
A- A+

19 noyabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq mərkəzində Nazirliyin beynəlxalq yarışlarda uğur qazanmış əməkdaşları ilə görüş keçirilib.

FHN-dən Publika.az-a verilən məlumata görə, görüşdə nazirliyin İdman-sağlamlıq mərkəzinin rəisi polkovnik Füzuli Musayev həmin idmançıları Xüsusi Riskli Xilasetmə Xidmətinin N saylı hərbi hissəsinin xilasedicisi gizir Fərqanə Saxrayevanı, İdman-sağlamlıq mərkəzinin əməkdaşı baş-leytenant Qadir Cəfərovu əldə etdikləri nailiyyətlərə görə təbrik edib, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıb.

Qeyd edək ki, 22-27 oktyabr 2019-cu il tarixlərində Şimali Kiprin Girne şəhərində 11 ölkədən 250-dən çox idmançının iştirak etdiyi Döyüş Növləri Festivalı və kata üzrə Budo Dünya çempionatında Fərqanə Saxrayeva +55 kq, Qadir Cəfərov isə 75 kq çəki dərəcəsində çempion adını qazanıblar. Həmçinin, Fərqanə Saxrayeva 8-10 noyabr 2019-cu il tarixlərində İtaliyanın Milan şəhərində keçirilən 40 ölkədən 400-dən çox idmançının iştirak etdiyi WFC döyüş növləri üzrə Dünya çempionatında gümüş medala layiq görülüb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/296615.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR